Bakıda iki ərəb qarət olundu

Bakıda iki ərəb qarət olundu

 

 

Bakıda Səudiyyə Ərəbistanı vətəndaşları oğurluğun qurbanı olub.

Bu barədə Oxu.Az-a Səbail Rayon Polis İdarəsindən bildirilib.

Belə ki, avqustun 28-də, saat  21:10 radələrində 1996-cı il təvəllüdlü Badir Səidan Nəib Ələshaibani və Feysəl Həyf Cəmal Əlqəhtani Nigar Rəfibəyli küçəsində gəzərkən naməlum şəxs Cəmalın əlindən çantasını qopararaq hadisə yerindən uzaqlaşıb. 

Turistlərin polisə verdiyi məlumata əsasən, çantada 100 manat, 100 dollar və 200 real olub.

Səbail RPİ 9-cu polis bölməsinin apardığı operativ-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1996-cı il təvəllüdlü Miriyev Ağarəhim Şahin oğlu saxlanılıb.

Fakt üzrə cinayət işi açılıb, istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...