Kişi arvadını yataqda öldürdü

Kişi arvadını yataqda öldürdü

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Zülfüqar Rəhimovun cinayət işi üzrə məhkəmə davam edir.

Sfera.az "ölkə.az"a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 29-na təyin olunub.

Qeyd edək ki, Bərdə rayonun Tumaslı kəndində Zülfüqar Rəhimov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Gülnaz Rəhimovanı bıçaqlayıb.

3 uşaq anası aldığı bıçaq zərbəsindən hadisə yerində ölüb. Zülfüqar Rəhimovun yaxınları onu polis əməkdaşlarına təslim edib. İstintaq araşdırması zamanı qətl hadisəsinin təfərrüatları məlum olub.

Zülfüqar Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı ona çay vermədiyi üçün öldürüb.

Səhər saat 6 radələrində yuxudan oyanan Zülfüqar Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı oyatmağa çalışıb və ondan tez çay verməsini tələb edib.

Qadın isə səhərin hələ açılmadığını deyib və həyat yoldaşından bir az gözləməyi xahiş edib.

Zülfüqar Rəhimov özündən çıxıb və bıçağı götürərək, yataqda yarıyuxulu vəziyyətdə olan həyat yoldaşına zərbələr endirib. Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, keçinib.

Qətl hadisəsi törədən zaman Zülfüqar Rəhimov işsiz olub. O, psixi xəstə kimi bir müddət müalicə olunurmuş. 

Zülfüqar Rəhimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...