Arvadını başqa kişi ilə tutan şəxs dəliyə döndü

Arvadını başqa kişi ilə tutan şəxs dəliyə döndü

Şirvan şəhərində xuliqanlıqda ittiham olunan 1978-ci il təvəllüdlü Əli Məmmədovun (cinayət işində şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az teleqraf.com-a istinadən xəbər verir ki, 22 noyabr 2017-ci il tarixdə Yaqub Vəliyev Şirvan şəhərində evlərdən birində Əli Məmmədovun arvadı Səbinə Məmmədova ilə intim əlaqədə olub. Onların intim əlaqədə olmalarını Əli Məmmədov izləyərək tutub.
Səbinə Məmmədovala birgə ələ keçən Yaqub Vəliyev ifşa olunduğunu görüb və özünü haqlı tərəf kimi göstərməyə çalışıb. Qadının əriylə əlbəyaxa olarkən evin küçəyə açılan darvazasına tərəf çıxıb.

Səsə yığışan adamların yanında Əli Məmmədov uca səslə Yaqub Vəliyevin ünvanına nalayiq ifadələr işlədib səs-küy salıb. Daha sonra Yaqub Vəliyevə fiziki zor tətbiq edib, ona xəsarətlər yetirib.
Bununla kifayətlənməyən Əli Məmmədov Yaqub Vəliyevin çağırışı ilə hadisə yerinə gələn Şirvan Şəhər Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, həmçinin post-patrul xidməti bölüyünün iki polis nəfərinə hücum edib. Polis əməkdaşlarını da söyüb, onlara fiziki güc nümayiş etdirib.
Daha sonra yerdən götürdüyü daşla yaxın gələn polislərə xəsarət yetirəcəyini deyib. Hətta daşı polislərdən birinə tərəf də atıb.

İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham elan edilib.
Şirvan şəhər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Əli Məmmədov apelyasiya şikayəti verib. O, hər iki maddə ilə özünü təqsirli bilməyib və günahsız olduğunu qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.Əli Məmmədovun şikayəti Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb və qismən təmin edilib. Onun cəzası 4 il 6 aya endirilib.

Bu qərardan narazı qalan Əli Məmmədov kasasiya şikayəti verib, şikayətində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Əli Məmmədovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb.
Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.



OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...