Azərbaycana Rusiya gömrüyündən 2 milyon pul keçirmək istədi

Azərbaycana Rusiya gömrüyündən 2 milyon pul keçirmək istədi
 

Krasnoyarsk diyarının sərhəd-keçid məntəqəsindən qanunsuz yolla Azərbaycana külli miqdarda pul keçirmək istəyən Rusiya vətəndaşı saxlanılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata əsasən, saxlanılan şəxs üzərindəki külli miqdarda pulu bəyan etməyib.

52 yaşlı şəxs gömrük yoxlamasından keçmək üçün "yaşıl dəhliz”ə keçib. Gömrük müayinəsi zamanı onun üzərindən 19 min dollar, 800 min rubl və 100 Azərbaycan manatı aşkarlanıb. Pulun bir qismini çantada, bir qismini isə gödəkçəsinin və şalvarının ciblərində gizlətməyə çalışıb.

Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 200.1-ci (nağd pul vasitələrinin qaçaqmalçılığı) maddəsinə əsasən cinayət işi başlanılıb. Törətdiyi cinayət əməlinə görə saxlanılan şəxsi iki il həbs cəzası, ya da islah işləri gözləyir.


OXŞAR XƏBƏRLƏR

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...