Bayraq Meydanının eks-rəhbərinə 1,5 milyonluq ittiham - Polis araşdırmaya başladı

Bayraq Meydanının eks-rəhbərinə 1,5 milyonluq ittiham - Polis araşdırmaya başladı
 
Daha əvvəl keçmiş Milli Təhlükəzilik naziri Eldar Mahmudovun ətrafında yaranmış qalmaqalda adı hallanan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova yeni cinayət işi açıla bilər. Belə ki, R.Məmmədovla bağlı Baş Prokurorluğa 1,5 milyon manatlıq şikayət daxil olub.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şikayətçilər Bakı sakinləri - 48 yaşlı Şahin Hüseynov, 49 yaşlı Nazim Şıxəliyev və 51 yaşlı Sumqayıt sakini Sahib Musayevdir. Onlar bildiriblər ki, R.Məmmədovun şirkətinə işə düzəliblər. İşçilər Bayıl qəsəbəsi ərazisindəki tikintidə çalışıblar. Lakin onların maaşı verilməyib. Şikayətçilər iddia edirlər ki, R.Məmmədov onlara 1 milyon 587 min manat ödəməlidir.

Prokurorluq təhqiqat üçün materialları Səbayıl Rayon Polis İdarəsinə göndərib. Faktla bağlı heç kim saxlanılmayıb.

Qeyd edək ki, "Azimport” şirkətinin keçmiş rəhbəri R.Məmmədov 2015-ci ilin mayında VİB MMC-nin sahibi, biznesmen Zabil Salmanovun şikayəti əsasında saxlanılıb. Z.Salmanov sonradan R.Məmmədovun işi üzrə sensasiyalı etiraf edərək bəyan edib ki, onu Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisinə qarşı ifadə verməyə məcbur ediblər.

O qeyd edib ki, R.Məmmədova ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli zabitlərinin təzyiqi ilə böhtan atıb. Bununla da R.Məmmədov Cinayət Məcəlləsinin 178.3.3-cü maddəsi (külli miqdarda zərər yetirməklə dələduzluq) ilə müqəssir bilinib.  

R.Məmmədov 2016-cı ilin iyununda azadlığa çıxıb.

Bu arada, işçilər əvvəllər də "Azimport” şirkətindən şikayət ediblər. Şirkət onları aldadaraq vəd edilmiş əməkhaqlarını verməyib. Bu şirkətin işçiləri bir neçə ay ərzində pul almayıblar. Bununla əlaqədar 2016-cı ildə 500-ə yaxın işçi dövlət başçısına şikayətlə müraciət edib.

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...