Bakıda kriminal avtoriteti öldürənlər tutuldu - Süni tıxacla

Bakıda kriminal avtoriteti öldürənlər tutuldu - Süni tıxacla

Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı "BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisinin müfəttişləri tərəfindən saxlanılıb.

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, müfəttişlər yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər. Avtomobilə baxış keçirən polis oradan odlu silah tapmasa da, soyuq silah və küt alət aşkarlayıb.

Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa "Mercedes” markalı avtomobildə başqa bir nəfər də olub. Ancaq o, hadisədən sonra düşərək Gülüstan qəsəbəsi istiqamətində qaçıb. Hazırda polis həmin şəxsin axtarışlarını aparır.

Xatırladaq ki, "Favorit” supermarketinin yanında qeydə alınan hadisə zamanı öldürülən şəxsin kriminal aləmin nümayəndəsi Mübariz Budaqlı olduğu deyilir. 1976-cı il təvəllüdlü M. Budaqlı İnterpol xətti ilə axtarışa verilibmiş. 

Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.

 



OXŞAR XƏBƏRLƏR