Azərbaycanda 5 rayonu bir-birinə qatan oğru TUTULDU

Azərbaycanda 5 rayonu bir-birinə qatan oğru TUTULDU
 

İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Təzəkənd kənd sakini Ramiz Səmədov ona məxsus mağazadan mayın 26-da gecə saatlarında ümumi dəyəri 1 500 manat olan müxtəlif siqaretlərin, spirtli və digər içkilərin, eləcə də pulun oğurlanması barədə məlumat verib.

DİN-dən verilən məlumata görə, daxil olmuş müraciət əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.  Keçirilmiş tədbirlər nəticəsində həmin oğurluğu edən şəxsin Goranboy rayon sakini,  əvvəllər də məhkum olunmuş 31 yaşlı Elçin Hüseynov olduğu müəyyən olunub.  O,  şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. E. Hüseynovun ətrafında aparılan araşdırma zamanı onun Balakən, Qax, Şəki və Şamaxı rayonlarında da analoji cinayət əməllərini törətdiyi məlum olub.

Faktla bağlı saxlanılan şəxs barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR