Dövlətə xəyanət edən şəxsə ağır cəza verildi
Kriminal
17:39 / 20.05.2019
3348
Dövlətə xəyanətdə ittiham olunan 1985-ci il təvəllüdlü Orxan Rzaquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən O.Rzaquliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs ediləm təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham edilir.