Məşhur azərbaycanlı repçinin evi qarət olundu: 60 min dollarını apardılar
Kateqoriya məlum deyil
Rusiyanın Azərbaycan əsilli repçisi "Bahh Tee"nin (əsl adı Bəxtiyar Əliyev) Moskvanın Veyernaya küçəsində yerləşən mənzili qarət olunub.
"Report” xəbər verir ki, bu barədə bazar günü hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS məlumat yayıb.
"Oğurluq martın 9-u günorta saatlarında baş verib. Mənzildən 4,2 milyon rubl (60 min 638 dollar) oğurlanıb", - deyə agentliyin həmsöhbəti bildirib.






