Şiddət gördüyü üçün qaçdı, təkrar barışdı və qətlə yetirildi – Azərbaycanda

Şiddət gördüyü üçün qaçdı, təkrar barışdı və qətlə yetirildi – Azərbaycanda

MasallırayonsakiniAidəDadaşovanın yanvarın 10-da əri Rövşən Dadaşov tərəfindən qətlə yetirildiyi bildirilir. Bu barədə mərhumun qızı məlumat verib.

 

2017-ciilinsonlarında qadın iki məktəbli uşağı ilə birlikdə Masallıdan Bakıya qaçmış və "Təmiz Dünya” İctimai Birliyinin sığınağında məskunlaşmışdı.

 

Məişət zorakılığının qurbanı kimi Meydan TV-yə danışan qadının sözlərinə görə, yeniyetmə ikən ərə verilib, daim əri tərəfindən şiddət görüb:

 

"Hamiləvaxtıməni aparıb gəzdiyi qadının yanında döyüb”.

 

"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, Aidə Dadaşova sığınacağa gəldikdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Sığınacaqda olduğu müddətdə işlə təmin edilib və kirayəyə çıxıb:

 

"13 noyabr2017-ciildəsığınacağı tərk edib, kirayəyə daşınmışdı. Kirayəyə çıxandan sonra da müəyyən yardımlar edirdik. Çalışırdıq öz ayağı üzərində dura bilsin. Onun ərini bir dəfə məhkəmədə gördük. Özünü qeyri-adekvat aparırdı, gah deyirdi ki, qadın əxlaqsızlıq edib, gah da barışmaq istəyirdi. Aidə xanım da şərlənməsini bağışlaya bilmirdi. Sonradan bildik ki, barışıq ərizəsi yazılıb və qadın evinə qayıdıb. Bunu eşidəndə təəccübləndik, çünki boşanmaq istəyirdi, çox qətiyyətli idi”.

 

MehribanZeynalovanın sözlərinə görə, Aidə Dadaşovanın atasıgil imkansız ailə olduğundan qızlarını müdafiə edə bilməyib:

 

"Qadını şərləyirdilər, amma burada olduğu müddətdə heç bir pis hərəkətini görmədik. Əksinə, özü haqqında deyilən sözləri həzm edə bilmirdi”.

 

AidəDadaşovaya məxsus telefonu cavablandıran qadın özünü Rövşən Dadaşovun bibisi qızı kimi təqdim edib:

 

"Qadın qaçıb getmişdi sığınacağa. Elə sığınacaqların hamısı əxlaqsız qadınlara qucaq açır. Rövşən də uşaqlarının xatirinə gedib gətirdi, barışdılar. Amma gördü ki, qadın yenə öz yolundan əl çəkmir, vurub öldürdü. Deyirlər, guya Rövşən başqasıyla gəzirmiş. Elə idisə, onda Aidə onu vurub öldürəydi də, niyə tərsinə oldu?”

 

Qadının sözlərinə görə, Rövşən Dadaşov xanımını küt alətlə qətlə yetirib:

 

"Uşaqlar qonşu otaqda olublar. Analarının səsini eşitməsinlər deyə ağzını tutub, küt alətlə qətlə yetirib. Bu Rövşəni tutublar, istintaq gedir”.

 

AidəDadaşovanın qohumları isə deyib ki, qadın evinə qayıtdıqdan sonra yenidən şiddət görüb və polisə şikayət edib.

 

"Rövşən barışıq ərizəsi yazmışdı. Amma yenə də ailəsinə zülm edirdi. Ona görə də Aidə evdən qaçıb polisə şikayət etmişdi. Rövşən də görüb bu dəfə həbs olunacaq, deyib elə namus üstündə gedim”, – deyə mərhumun yaxınları bildirib.

 

Masallı Rayon Prokurorluğundan hadisəni təsdiqləsələr də, istintaq sirri olduğundan məlumat vermək istəməyiblər.


OXŞAR XƏBƏRLƏR

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır

Ölkənin birinci bankı Kapital Bank-ın depozit yerləşdirən müştərilər üçün həyata keçirdiyi stimullaşdırıcı "Depozit lotereyası" davam edir. Şərtlərə ə...

Qəbələdə iki nəfərin ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Bununla bağlı Sfera.az-a rayon prokurorluğundan məlumat v...

"Proses sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb" - Politoloq

“Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər sülh müqaviləsindən çıxarılıb”.   Bunu Sfera.az-a poli...