Azərbaycana qeyri-adi yolla narkotik keçirmək istədi
14:45 / 20.12.2018
2530
İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Sfera.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı gömrükçülər tərəfindən Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Daxili orqanından aşkar edilən 3 ədəd bükümdən birində qablaşdırılma ilə birgə ümumi çəkisi 1.69 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər bükümdə qablaşdırılma ilə birgə ümumi çəkisi 9.19 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə-metamfetamin, sonuncu bükümdə isə 4 ədəd üzərində FM40 nişanəsi olan "metadon" həbləri müəyyən edilib.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.