Lotu Qulini Türkiyədən çıxartdılar: Adı dincəlmək, özü isə...

Lotu Qulini Türkiyədən çıxartdılar: Adı dincəlmək, özü isə...
Azərbaycanlı "qanuni oğru", Lotu Quli ləqəbli Nadir Səlifov həbsdən azad edildikdən sonra yaşadığı  Türkiyəni tərk etməyə məcbur olub. 

Sfera.az xəbər verir ki, o, artıq Birləşmiş Ərəb Əmirliklərinə gedib və fəaliyyətini bir müddətlik orda davam etdirəcək. Onun Türkiyəni tərk etməsinin əsas səbəbinin  Antaliyada qətlə yetirilən Qiya Kutaissikinin işi ilə bağlı olduğu deyilir. 

Bəzi mənbələr bildirir ki, izlərin bilərəkdən Lotu Quliyə çıxması təmin edilib və bu, "qanuni oğru"nun azadlığı üçün təhlükə törədib. Beləliklə də Lotu Qulinin Türkiyəni tərk etməsi təmin olunub. Özü yaxınlarına səfərin məqsədini dincəlməklə izah edib. Ancaq səfərin məhz indi olması təsadüfi deyil. Bundan başqa artıq Rusiyada Samara və Moskva məhkəmələri Lotu Quli barəsində qiyabi həbs qərarı çıxarıb. Ancaq Səlifov İnterpol xətti ilə beynəlxalq axtarışa hələlik verilməyib. 

Rusiyanın "Rosbalt" agentliyi də hesab edir ki, izlərin Lotu Quliyə çıxarılması təsadüfi deyil. Halbuki Qiyanın ölümündə daha çox maraqlı olan tərəf kimi Merab Suxumskinin klanı göstərilir. (Cebhe.info)

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...