Logo

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 27-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda saxlanılan şəhər sakini Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR