\"Aranızda kişi yoxdur?\" davası qanla bitdi - Polis bıçaqlandı

\
Xocavənd rayonunda hadisə yerinə gedən polis əməkdaşı bıçaqlanıb.

Sfera.az yenicag.az-a istinadən bildirir ki, Xocavənd rayonunda Fəxri adlı şəxs ailə üzvləri ilə dava etdiyi üçün onun atası Fikrət polisə müraciət edib. Polis hadisə baş verən yerə gəldikdə isə Fəxri daha da aqressivləşib və əlinə bıçaq alaraq onların üzərinə gedib. Bu zaman polis əməkdaşları kənara çəkiliblər. Fəxri polislər əməkdaşlarına "aranızda kişi yoxdur?", deyərək onları təhqir edib.

Orxan adlı polis əməkdaşı təhqirə dözməyərək Fəxrinin üzərinə yeriyib. Bu zaman Fəxri bıçaqla polis əməkdaşının qarın nahiyyəsinə bıçaqla zərbələr endirib. Polis əməkdaşı xəstəxanaya yerləşdirilib, əməliyyat zamanı Orxanın bir böyrəyi və dalağı çıxarılıb. Polis əməkdaşı hazırda Bakı şəhərində xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Fəxri ilə bıçaqlanan polis əməkdaşı Orxan sinif yoldaşı olublar.

Hadisə ilə bağlı cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...