Cinayətkar 3 veteranı öldürdü
Kateqoriya məlum deyil
ABŞ-ın Koliforniya ştatında silahlı şəxs müharibə veteranlarının və əlillərin yaşadığı binaya daxil olub.
Sfera.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, polisə naməlum silahlı şəxsin veteranlar evində 3 nəfəri girov götürməsi haqda məlumat daxil olub.
Hadisə yerinə polislər cəlb olunub. Vətəndaşlara veteranlar evinə yaxınlaşmamaq tövsiyə edilib.
Polis silahlı şəxsin olduğu otağa daxil olarkən onu və 3 girov qadını ölü tapıb. Ehtimal olunur ki, cinayətkar əvvəl girovları, sonar öz-özünü vurub. Cinayətin motivi hələ bilinmir.





