Logo

6 dəqiqəyə 5 milyon dollar oğurladılar

6 dəqiqəyə 5 milyon dollar oğurladılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Braziliyada silahlı banda "Lufthansa” kompaniyasına məxsus təyyarədən 5 milyon dollar oğurlayıb.

Sfera.az "Yahoo News” saytına istinadən xəbər verir ki, "Virakopos” aeroportunun yük terminalı olan ərazisinə "pikap” tipli avtomobildə 5 nəfər daxil olub.

Cinayətkarlar şübhə doğurmamaq üçün avtomobilə təhlükəsizlik şirkətinin emblemin vurublarmış. Sonradan məum olub ki, onlar mühafizəçilərə silahla hədə-qorxu gəliblər.

Məlumata görə soyğunçular cinayətə cəmi 6 dəqiqə vaxt sərf ediblər.

Oğurlanan pullara görə məsuliyyəti "Brinks” şirkəti daşıyırmış. Bu şirkət pul və zinət əşyalarının daşınması ilə məşğul olur. Cinayətkarları isti izlərlə həbs etmək mümkün olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR