Lənkaranskinin qruplaşmasından olan oğru rəqibinin üzünə “şram” atdı

Lənkaranskinin qruplaşmasından olan oğru rəqibinin üzünə “şram” atdı
Noqinsk müvəqqəti təcridxanasında oğrular arasında qanlı qarşıdurma olub.

Sfera.az xəbər verir ki, mərhum Rövşən Lənkaranskinin qruplaşmasından olan Merab Canqvelidzenin adamı olan Valera Baqdatski Menqrel qruplaşmasının üzvü İrakli Abxazı döyüb.

Azadlıqda olan Beso Zarandiyanın sifarişi ilə içəridə "qiyam” hazırlayıb Valeranı təcridxanadakı liderlikdən uzaqlaşdırmaq cəhdi uğursuzluqla nəticələnib.
İrakli döyülüb, əlaltısı Aleko Curadzenin üzünə isə ülgüclə "şram” atılıb.

Bu həftə həmçinin oğru adı alınmış Sergey Asatryanın məsələsi müzakirə olunub.

Qeyd edək ki, erməni lotu ötən ildən bütün statuslarından məhrum edilib.

Hazırda Asatryanın cəza çəkdiyi müəssisə "Sezar” ləqəbli qanuni oğrunun nüfuz dairəsindədir. Asatryanla yaxın əlaqəsi olan "Qudja” adlı "vor zakon” "Sezar” a müraciət edərək Asatryanı oğru kimi qəbul etməsini xahiş edib. Lakin "Sezar” bildirib ki, bunu edə bilməz, qərarı ümumi oğrular verib.

İlqar

OXŞAR XƏBƏRLƏR