Müəlliməni oğurlayıb zorlayan şəxslərlə bağlı YENİ XƏBƏR

Müəlliməni oğurlayıb zorlayan şəxslərlə bağlı YENİ XƏBƏR
 2016-cı ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində müəlliməni oğurlayaraq cinsi təcavüz edən dəstə üzvləri Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarından narazı qalıb. 

 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin təyinatla kəndə göndərdiyi 23 yaşlı Sara Vəliyevanı (ad şərtidir) qaçıran dəstə üzvlərindən 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu barələrində müvafiq olaraq çıxarılmış 13 və 12 illik həbs qərarının dəyişdirilməsi ilə balı apelyasiya şikayəti verib. Artıq şikayət Şəki Apelyasiya məhkəməsinə daxil olub.

 

Qeyd edək ki,müəlliməni oğurlayan dəstə üzvlərindən 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu 13, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu 12, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.

 

Onu da qeyd edək ki, oğurlanan və cinsi təcavüzə məruz qalan müəllimə işini itirib. Məlum olaydan sonra həmin kənddə işləmək istəməyən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva  Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. O, başqa məktəblərdə də ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq nazirlikdən doğulduğu rayonda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib.

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...