1 uşaq atası kənddə tanış olduğu sevgilisini gizlicə Bakıya gətirdi və... - ŞOK TƏFƏRRÜAT
Sfera.az xəbər verir ki, bir uşaq atası olan Ramik Məmmədov sosial şəbəkələrdən birində Günay Məhərrəmova (ad və soyad şərti verilib - red.) ilə tanış olub. Bir müddət sosial şəbəkədə danışan Ramik sonradan qızla görüməyə başlayıb.
Bir uşaq atasının sevgi münasibəti
Ramik Məmmədov və Günay Məhərrəmova Lənkəranda yox, Bakı şəhərində görüşməli olublar. Onların ilk görüşü 2016-cı ilin fevralın əvvəllərində baş tutub.
Paytaxtda görüşən cütlük Xətai rayonunda kirayə evdə birgə yaşamağa başlayıb. Bir müddət birgə yaşayan cütlüyün arasında sonradan mübahisə yaranıb. Bundan sonra Günay Məhərrəmova paytaxtdan Lənkərana, daha doğrusu, evlərinə qayıtmalı olub.
Qısa ömürlü münasibət və dava
Günay Məhərrəmova Lənkərana qayıtdıqdan sonra Ramik Məmmədovun telefon zənglərinə və mesajlarına cavab verməyib. Buna səbəb isə Ramik Məmmədovla münasibətinə son qoymaq istəyi olub.
Lakin Ramik Məmmədov Günay Məhərrəmovadan əl çəkməyib. Günayın onunla görüşmək istəməməsi isə mübahisəyə səbəb olub.
Təhdid dolu mesaj
Bundan əsəbiləşən Ramik Məmmədov Günay Məhərrəmovaya "sizin kəndə gəlirəm, kəndə hər şeyi danışacam, biabır olacaqsan" mesajı yazır. Günay Ramikin mesajına cavab vermək məcburiyyətində qalır.
Günay Məhərrəmova Ramikə kəndə gəlməməsi üçün xahiş edib. Lakin Ramik Məmmədov görüşmək üçün onların kəndlərinə gəlcəyini deyib. Bu zaman Ramik Məmmədovun kəndə gələməməsi üçün Günay Məhərrəmova onunla görüş təyin edib.
Sevgilisini küçədə döydü
Ertəsi gün, yəni dekabrın 9-da onlar Lənkəran şəhərində görüşüblər. Görüş zamanı Ramik Məmmədov Günaydan nə üçün telefon zənglərinə və mesajlarına cavab verməməsinin səbəbini soruşub.
Günay Məhərrəmova isə Ramik Məmmədovla olan münasibətlərinə son qoymaq istədiyini bildirib. Bundan əsəbiləşən Ramik Günay Məhərrəmovanı küçənin ortasında döyüb.
Narkotiklə tutuldu
Müxtəlif dərəcəli bədən xəsarəti alan Günay Məhərrəmova xəstəxanaya düşüb. Tibbi yardım alan Günay Ramik Məmmədovun barəsində polisə şikayət edib.
Həmin gün polisin keçirdiyi əməliyyat nəticəsində Ramik Məmmədov xəstəxananın qarşısında həbs olunub. Ondan 0,173 qram çəkidə bir bükümdə narkotik vasitə olan heroin aşkar edilib.
İstintaq orqanı tərəfindən Ramik Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham edilib.
1 il 8 ay cəza
Lənkəran şəhər Məhkəməsinin hökmü ilə Ramik Məmmədov 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror şikayətində göstərib ki, hökmdə dəyişiklik edilməlidir. Prokuror Ramik Məmmədova təyin edilmiş Cinayət Məcəlləsinin 128-ci maddəsində olan cəzadan narazı qalıb. O, qeyd edib ki, həmin maddədə 1 il müddətinə həbs cəzası olduğu halda, məhkəmə ona həmin maddə ilə 1 il 6 ay müddətinə şərti cəza təyin edib.
Prokurordan narazılıq
Prokuror Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutlan cəza təyin edilməklə, hər iki maddə ilə təyin edilmiş cəzalar qanunda nəzərdə tutulan qaydada toplanmaqla hökmün dəyişdirilməsini xahiş edib.
Prokurorun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb.
Hökm dəyişdirildi, amma...
Qərara görə, Ramik Məmmədova Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə qazancından dövlət nəfinə 15 faiz tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilib. Təyin edilmiş cəza Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən islah işləri cəzasının 3 günü azadlıqdan məhrum etmək cəzasının bir gününə bərabər tutulmaqla 4 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
Hökmə əsasən, Ramik Məmmədova Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilətəyin edilmiş cəza ilə qismən toplanmaqla üzərində 1il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. (publika.az)