DİN “Kürd Vüqar”ın törətdiyi qətllə bağlı məlumat yaydı
Kriminal
13:16 / 18.01.2018
1192
Daxili İşlər Nazirliyi Sarayda törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Sfera.az-a verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in "102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.
Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib.
M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, "Kürd Vüqar” kimi tanınan Vüqar Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbdilhəsənovu evlərində qətlə yetirən Fəadail Hüseynovun qardaşıdır.