Bakıda polis sevgilisi ilə qaçan qız özünü niyə öldürdü? - FOTO

Bakıda polis sevgilisi ilə qaçan qız özünü niyə öldürdü? - FOTO
Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detalları məlum olub.

Məlumata görə, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prosektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.

BiG.AZ xəbər verir ki, mərhum X.Vəliyevanın anası Validə Vəliyeva qafqazinfo-ya açıqlamasında bildirib ki, qızının onlar tərəfindən zorla ərə verilməsi yalandır:

"Qızım Xalidə noyabrın 12-də Quliyev Balakişi Eldəniz oğlu ilə qaçıb. Onlar birlikdə Balakişinin "Mercedes” markalı maşını ilə Şamaxıdan Bakıya gediblər. Qızım həmin gün saat 11:11-də mənə "SMS” yazaraq "Dadaş”la qaçdığını, şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyünü yazmışdı. Oğlanın ləqəbi "Dadaş”dır.

Həmin gün də saat 16:45-də ölüm xəbəri gəldi. Qızım demişdi ki, öz razılığı ilə Balakişi ilə gedib və nikah bağlayacaqlar. Burda başqa bir söhbət olmayıb”.

V.Vəliyeva qeyd edib ki, qızını qaçıran 1983-cü il təvəllüdlü B.Quliyev əslən Şamaxıdan olsa da, Bakının Nizami Rayon Polis Şöbəsində işləyir: "Hadisədən sonra onun da izahatı alınıb buraxılıb. Nə Balakişi, nə də ailəsi bizə gəlib . Hadisə də necə olub bilmirik. Yalandan mətbuata məlumat ötürülüb ki, guya biz qızımızı zorla ərə vermişik deyə intihar edib”.

V.Vəliyeva bildirib ki, B.Quliyevlə qızı məktəbdən tanış olublar: "Mən Şamaxıda müəllim işləyirəm, Balakişiyə də dərs demişəm. Çoxdandır bir-birilərini istəyirdilər”.

Bakıda polis sevgilisi ilə qaçan qız özünü niyə öldürdü? - FOTO


OXŞAR XƏBƏRLƏR

İran döyüş vəziyyətində - Hədəf kimdir?

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri bildirib ki, İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) hazırda Hörmüz boğazı...

“Tramp sülhün müəllifi kimi tarixə düşmək istəyir” - Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə keçiriləcək danışıqlara ABŞ Prezidenti Donald Trampı...

"Son zəng"lə bağlı XƏBƏRDARLIQ

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun "Son z...

Ərzaq məhsullarından ən çox meyvə və tərəvəzlər bahalaşıb - Müqayisə

2025-ci ilin aprelində ərzaq məhsulları arasında aylıq müqayisədə ən çox bahalaşma meyvə və tərəvəzlərdə qeydə alınıb.  Sfera.az rəsmi dövlət statisti...

Doktoranturaya sənəd qəbulu başladı

13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliy...

"102 min şagird 1-ci sinfə qəbul olunub" - Eşqi Bağırov

Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlə...