Prezidentin mühafizəçisi olmuş keçmiş polis rəisi bıçaqlandı - FOTO

Prezidentin mühafizəçisi olmuş keçmiş polis rəisi bıçaqlandı - FOTO
Dünən axşam saatlarında metronun "İçərişəhər” stansiyasının yaxınlığında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.

Sfera.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə Müşfiq Mədətov çayxanadan çıxarkən baş verib. M.Mədətov ərizə ilə Bakı Şəhər Polis İdarəsinin 9-cu bölməsinə müraciət edib.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, Müşviq Mədətov "Qarabağ”ın futbolçusu Mahir Mədətovun əmisidir. Mahirin Azərbaycan şou-biznesinin tanınmış prodüserlərindən olan atası Anar Mədətovun qardaşı olan Müşviq Mədətov vaxtı ilə "Bakı”nın prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovun yanında çalışıb. Elə Mahir də vaxtı ilə yetirməsi olduğu "Bakı” klubuna məhz həmin vaxt yazılıb.

Qeyd edək ki, Müşviq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.

1967-ci ildə anadan olan Mədətov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 oktyabr tarixli hökmü ilə məhkum edilib. Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunan M.Mədətov cəzaçəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirmişdi.

Maraqlıdır ki, zorlama ittihamında Mədətovun adı "Lotu Quli” kimi tanınan "qanuni oğru” Nadir Səlifovla birlikdə çəkilib. Sabiq bölmə rəisinin adı siyasi məhbus siyahılarında yer alıb. O, 2011-ci ildə Azərbaycan prezidentinin əfv fərmanına əsasən azadlığa çıxıb.


 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...