Logo

Bərdədə qadını öldürüb qaçan sürücü yaxalanıb

Bərdədə qadını öldürüb qaçan sürücü yaxalanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bərdədə qadını avtomobillə vurub qaçan şəxs yaxalanıb.

DİN-dən Sfera.az-a verilən məlumata görə, avqustun 13-də saat 3.00 radələrində Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "VAZ-21114” markalı avtomobilin sürücüsü – Yevlax şəhər sakini Rəhim Əlişli tutulub.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR