“Porşe” ilə qəza törədən Ağəlidən xəbər var: Əsəb sarsıntısından intihar etmək istəyib…

“Porşe” ilə qəza törədən Ağəlidən xəbər var: Əsəb sarsıntısından intihar etmək istəyib…
Xəbər verdiyimiz kimi, bu günlərdə İctimai Nəzarət Koalisiyasının Mərkəzi qərargahında bir müddət əvvəl təsadüfi yol – nəqliyyat hadisəsi törədən azyaşlı Ağəli Fərəcovun vəkilinin, eləcə də tanınımış ictimai xadimlərin, hüquq müdafiəçilərin işirakı ilə genişləndirilmiş ictimai müzakirə və dinləmələr baş tutmuşdu.

Minion.az xəbər verir ki, ictimai Nəzarət Koalisiyasının həmin ictimai dinləmələrində yol mədəniyyətinin problemləri müzakirə edildi, eyni zamanda, baş verən qəzaların qurbanlarının taleyi ilə bağlı ictimaiyyətin fikirləri öyrənilib.

KİV-lərdə gedən məlumatlara görə, Azərbaycanın iş adamı Füzuli Fərəcovun azyaşlı oğlu Ağəli Fərəcovun atasından icazəsiz idarə etdiyi "Porşe” markalı avtomobillə ailəsində müəyyən münaqisələrinin ucbatından gərgin günlərini yasayan, hec bir piyada keçidi olmayan qaranlıq yerdən küçəni keçməyə çalışan iki uşaq anasının təsadüfən vurması, bir sözlə, qadının acı taleyi cəmiyyətimizdə çoxlarını qayğılandırdığından, İNK tərəfindən yaradılmış işçi qurupu tərəfindəmn geniş araşdırmalara başlanıldı. Nəyə görəsə, il ərzində baş verən on minlərlə oxşar qəza hadisələri deyil, məhz bu fakt ətrafında İnternet və KİV-də qərəzli materialların yerləşdirilməsi pislənildi, böyük söz-söhbətlərə səbəb olan bu olayla bağlı fikir mübadiləsi zamanı bir çox həqiqətlər ortaya çıxdı…

Sözügedən yol qəzalari ilə əlaqədar açıq müzakirədə tanınmış hüquqşünaslar və media nümayəndələri – Ağəli Fərəcovun vəkili Məmmədvəli Cəfərov, İNK-nin sədri Rasim Məmmədov, istefada olan polis polkovniki Şahin Cahangirov, polkovnik Zahid Teymurov, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili, jurnalist Elçin Məmmədli və İNK fəalları iştirak edirdilər.

İNK işçi qrupunun rəhbəri, İNK sədri Rasim Məmmədov ilk növbədə məsələyə obyektiv yanaşmanın vacibliyini bildirib və təəssüf hissi ilə qeyd edib ki, məlum ağır yol-nəqliyyat hadisəsindən ötən 3 ay ərzində bir sıra media orqanlarında olduqca qərəzli və birtərəfli məlumatlar işıqlandırılıb. Burda söhbətimizin və müzakirəmizin də mahiyyəti ondan ibarətdir ki, Sabuncu RPİ-nin müstəntiqi Ağəli Fərəcovun bu cinayətin subyekti olmadığını və azyaşlı olmasını nəzərə alıb qanunvericiliyin tələblərinə uyğun onun barəsində olan cinayət işinə xitam verib.

Daha sonralar Bakı şəhəri Sabunçu rayon Məhkəməsi ziddiyətli iki qərar qəbul edib. Sonuncu sənədlə Ağəli Fərəcovun Qubadakı çətin tərbiyə olunan uşaqların saxlandığı məntəqə tipli düşərgəyə etap edilməsi barədə qərar çıxarılır. Apardıqları araşdırmalar haqqında məlumat verən R.Məmmədov daha bir maraqlı faktı açıqladı: Əslən Gürcüstandan olan, bir müddət əvvəl qəza zamanı dünyasını dəyişmiş gənc qadın ailə münaqişəsi zəminində özünü körpüdən atmaqla intihar etmək istəyib. İşçi qrupunun monitorinqindən də belə nəticələr əldə olunub ki, həmin hadisə zamanı qadın özünü bilərəkdən avtomobilin altına atıb.

Müzakirələrdə ehtiyatda olan polis polkovniki Şahin Cahangirov və hərbi polkovnik Zahid Teymurov, jurnalist Elçin Məmmədli və İNK fəalları iştirak edərək Sabunçu rayon Məhkəməsinin məlum qərarını pislədilər, Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərar verəcəyinə ümid etdiklərini bildirsələr də, məhkəmə orqanı ədalət prinsiplərinin ziddinə olaraq yeniyetmənin çətin tərbiyə olunan azyaşlıların saxlandığı Quba şəhərindəki qapalı tipli müəssisəyə göndərməklə əlaqədar cəmiyyət tərəfindən birmənalı olaraq narazılıqla qarşılanıb.

Daha sonra məlum olub ki, bu olaylarla bağlı Fərəcovlar ailəsində böyük problemlər yaranıb: yeniyetmə Ağəli güclü streslərə və məhkəmə qərarlarına görə əsəb gərginliyi keçirtdiyindən intihar etmək istəyib, daha sonra sinir pozuntularına görə xəstəxanada yerləşdirilib. Babası isə hadisələrə görə dözməyərək ürəyi partlayıb, dünyasını dəyişib. Yeniyetmənin valideynləri – atası və anası da xronoloji xəstəlikləri şiddətlənmiş, eləcə də bir sıra yerində olmayan məmurlar iş adamının indi fəaliyyətdə olmayan obyektlərinə "yoxlamalar” adı altında hücumlar təşkil ediblər.

Ağəli Naxçıvan xəstəxanasından Sabunçu xəstəxanasına gətirilmiş, bu günlərdə isə gecə yarısı hüquq-mühafizə orqanları nümayəndələrinin təkidi ilə xəstə yeniyetmə heç bir normal şəraiti olmayan Quba rayonundakı qapalı tipli müəssisəyə aparıblar…

İNK işçi qrupunun rəhbəri və hüquqşünasımız həmin müəssisədə olmuş və 24 əməkdaşın cəmi 5 nəfər azyaşlıya "baxdığı”nı öyrənmiş, sentyabrda dərsə getməsi lazım olan kiçikyaşlı məktəblilərə heç bir pedoqoji kadrlarla təmin edilmədiyi müəyyənləşdirmişdilər.

Saxlanma yerlərindəki anti-sanitarik məkanlardan da göründüyü kimi məktəblilərə münasibət heç də normal görünmür və bu mövzuda monitorinqlərimizi davam etdiririk…






OXŞAR XƏBƏRLƏR