8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – TƏFƏRRÜAT

8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – TƏFƏRRÜAT

Azərbaycanda 8 yaşlı oğlan 35-40 yaşlarında bir şəxs tərəfindən zorlanıb. 

Hadisə 21 iyul axşam saat 20:00 radələrində baş verib. 

Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiri (mərhum xalq şairi Söhrab Tahirin oğlu) təsadüfən hadisənin şahidi olub və o cinayətkarın tutulmasında böyük fədakarlıq göstərib.

T.Tahiri idarə etdiyi maşının texniki problemi ilə əlaqədar Xətai rayonu, Mehmandarov küçəsi- 26-28 ünvanında yerləşən avtoservisə gəlir. Maşının problemi bir az uzandığından ərazidə gəzişməyə başlayır. Bu zaman "qluxoy” yer kimi tanınan avtoservisin arxası, eyni zamanda qəbirstanlıq olan yerdən keçərkən görür ki, 35-40 yaşlı kişi 8 yaşında oğlanı bütün çapalarına baxmayaraq, zorlayır. 

T.Tahirin gördüyüyü mənzərədən şoka düşdüyünü deyir: "Əvvəl nə edəcəyimi bilmədim. Tez özümə gəlib, əlimi telefona atdım. Cəld hadisəni telefona çəkmək istədim ki, həmin alçağı tutmaq asan olsun. O, məni görüb qaçmağa üz tutdu. Mən onun arxasınca hardasa 2 km qədər qaçdım. Ancaq tuta bilmədim. Yenidən avtoservisə qayıtdım. 102 xidmətinə məlumat vermək istəyirdim ki, yaxınlıqdan keçən Çevik Polis Alayının maşınını gördüm. Onları saxlayıb hadisəni danışdım. Maşında olan Çevik Polis Alayının baş leytenantı İlqar Sadıqov və çavuş Hafiz Məmmədov xəbərdən dəhşətə gəldilər. Onlar da hadisə yerinə gəlib, ərazini xeyli ələk-vələk elədilər. Lakin o vicdansızı tapmaq mümkün olmadı. Çevik Polis Alayının bu polisləri hadisə barədə ərazi üzrə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə xəbər verdilər. Birgə əməliyyat qrupu yaradıldı. Mən də onlarla birlikdə axtarışda olduq. Uşağın anası da bölməyə dəvət olundu və ana eşitdiyi hadisədən sarsıldı. Səhəri günü Çevik Polis Alayının baş leytenantı İ.Sadıqov və çavuş Hafiz Məmmədov, həmçinin hadisənin şahidi kimi mən də həmin ərazidə olan bütün obyektləri, mağazaları, tikinti gedən yerləri gəzdik. Uşağı zorlayan şəxsi yeni inşa edilən binanın 8-ci mərtəbəsində tapdıq. Polislər onu həbs etdilər". 

Rauf adlı bu çəxsin əvvəllər Cinayyət Məcəlləsinin 221-ci maddəsi ilə məhkum olunduğu məlum olub. 

Fakt üzrə cinayət işi başlanıb, istintaq gedir. 

///təzadlar

 

 
 


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...