Kilsədə qətliam törədən şəxslər saxlanıldı
İordaniyada Karak bölgəsindəki Əl-Hammuda Pravoslav Kilsəsinə edilən hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı nəticəsində ixtisaslaşmış istintaq və reyd qrupları üç terrorçunu həbs edib.
İordaniya İctimai Təhlükəsizlik İdarəsinin məlumatına görə, şübhəlilər tərk edilmiş bir evdə tapılıblar. Onlar təslim olmaqdan imtina ediblər və təhlükəsizlik qüvvələrinə atəş açıblar. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları atəşə cavab olaraq yaralı olan hər üçünü saxlayıblar.
Hesabatda bildirilir ki, şübhəlilər həbs olunarkən onlardan odlu silah və sursat müsadirə edilib. Təhlükəsizlik qüvvələri arasında xəsarət alan olmayıb.
Xatırladaq ki, kilsəyə hücum nəticəsində 7 nəfər həlak olub, onlarla insan yaralanıb./unikal






