Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - VİDEO

Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi - VİDEO
Kateqoriya məlum deyil
T

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı əməliyyatları davam etdirir.

DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə qeyd edilən cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.



PAYLAŞ

OXŞAR XƏBƏRLƏR