Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi

Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi
Kateqoriya məlum deyil
T

Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR