Kibercinayətkarların yeni silahı – Süni intellekt

Kibercinayətkarların yeni silahı – Süni intellekt
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov ADEX 2026 çərçivəsində keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” adlı sektoral görüşdə deyib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizliklə yanaşı, cinayətlərin planlaşdırılması və həyata keçirilməsində texnologiyadan istifadə risklərini də artırır.

Qeyd edək ki, süni intelektin inkişafı artıq qlobal səviyyədə narahatlıq yaradır. Hətta süni intelekt şirkətləri müəyyən risklərin olduğunu etiraf edirlər. Əsas risklərdən biri də süni intelektin cinayətlərin hazırlanmasında güclü alətə çevrilməsidir.

Kiberkriminalist Səfərəli Əliyev Sfera.az-a açıqlamasında bildirib ki, süni intellekt kibercinayətlərin törədilməsində müxtəlif üsullarla istifadə oluna bilər. Risklər arasında süni intelektdən müxtəlif cinayətlərin törədilməsindən istifadə olunmasıdır.

Onun sözlərinə görə, bu istiqamətdə əsas risklərdən biri “dərin fırıldaqçılıq” (deepfake) metodlarından istifadədir:

"Süni intellekt vasitəsilə sənədlərin saxtalaşdırılması, görüntülərin dəyişdirilməsi və insanların aldadılması mümkündür. Kibercinayətkarlar sosial mühəndislik üsullarından istifadə etməklə insanları manipulyasiya edə və bu prosesdə süni intellekt texnologiyalarından yararlana bilərlər. Belə üsullarla müxtəlif saxta görüntülər və məlumatlar hazırlanaraq şəxslərin aldadılması həyata keçirilə bilər".

Kiberkriminalist vurğulayıb ki, bu cür hallardan qorunmaq üçün insanların qarşılaşdıqları görüntü və məlumatlara dərhal inanmaması, xüsusilə sosial mühəndislik üsulları ilə təqdim olunan məlumatlara diqqətlə yanaşması vacibdir:

"Şübhəli məzmunun həqiqiliyinin yoxlanılması bu cür fırıldaqların qarşısının alınmasında mühüm rol oynayır. Süni intellektdən zərərli proqram təminatlarının hazırlanmasında da istifadə etmək mümkündür. Buraya “Trojan”lar, eləcə də izləmə məqsədilə istifadə olunan digər “malware”lər daxildir".

S.Əliyev sonda qeyd edib ki, süni intellekt vasitəsilə kibercinayətkarlar müxtəlif zərərli proqramlar yarada və insanları haker üsulları ilə hədəfə ala bilərlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR