Futbol klubunun prezidenti başından güllələndi

Futbol klubunun prezidenti başından güllələndi
Kateqoriya məlum deyil
T

Bolqarıstanda "Botev" futbol klubunun prezidenti, nəqliyyat və tikinti şirkətlərinin sahibi İliyan Filipov qətlə yetirilib.

Sfera.az xəbər verir ki, bu barədə Bolqarıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, iş adamı futbol matçından sonra evə qayıdarkən hücuma məruz qalıb. Məlumatda deyilir ki, naməlum şəxs onu başından güllələyib.

Hüquq-mühafizə orqanları və prokurorluq əməkdaşları brifinq zamanı Filipovun ölümünü təsdiqləyiblər. Lakin ekspertlər istintaqın məxfiliyinin qorunması zərurətini əsas gətirərək hər hansı bir təfərrüatı açıqlamaqdan imtina ediblər.

"Botev" Bolqarıstanın ən qədim peşəkar futbol klublarından biridir. 1912-ci ilin mart ayında Plovdivdə təsis edilib və hazırda Bolqarıstan futbolunun ən yüksək divizionu olan Birinci Liqada oynayır. Bolqarıstan mediasının məlumatına görə, İliyan Filipov klub üçün kritik bir dövrdə "Botev"in rəhbərliyini öz üzərinə götürərək onun maliyyə sabitliyini təmin edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR