Gömrükdən 4 milyonluq brilyant keçirmək istədi - Fotolar

Gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı “Yaşıl Kanal” buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.
Vətəndaşın davranışları şübhə doğurduğu üçün sərnişin gömrük əməkdaşları tərəfindən “Qırmızı Kanal”a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub. Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502.524 karat brilyant qaşlar aşkarlanıb.
Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.







