Bakıda 415 manata görə sevgilisini öldürdü

Bakıda 415 manata görə sevgilisini öldürdü
Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilmiş ağır cinayətin üstü "isti izlər"lə açılıb.

Sfera.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.

Bildirilib ki, iyunun 22-də saat 23:30 radələrində naməlum şəxs (şəxslər) tərəfindən Yasamal rayonu, Əbilov küçəsi 72 saylı ünvanda yaşayan 1989-cu il təvəllüdlü Mahirə Əliyevanın qəsdən öldürülməsi, 1967-ci il təvəllüdlü Mətanət Həsənovanın və sonuncunun oğlu 1991-ci il təvəllüdlü Laçın Həsənovun qəsdən öldürülmələrinə cəhd etmələri faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Rayon polis idarəsi və prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Məmmədov Sənan İlham oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, S.Məmmədov əvvəllər ər-arvad kimi yaşadığı Mahirə Əliyevaya bir müddət əvvəl saxlamaq üçün verdiyi 415 manat məbləğində pulu geri ala bilməməsindən əsəbiləşərək qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib və üç nəfər tanışı ilə sonuncunun müvəqqəti yaşadığı Yasamal rayonu, Əbilov küçəsi 72 saylı ünvana gəlib. O, mənzilə daxil olub M.Əliyevanı qəsdən öldürmək məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü bıçaqla sonuncuya bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, onun hərəkətlərinin qarşısını almağa çalışan ev sahibi Mətanət Həsənovanın üstünə hücum edib qəsdən öldürmək məqsədi ilə bıçaqla ona və Laçın Həsənova da xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə zərəçəkmişlər xəstəxanaya çatdırılsa da, M.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Sevil-Sevinc bacıları: "Düşünürlər ki, bizim ağlımız yoxdur"

Müğənni əkiz bacılar Sevil-Sevinc açıqlamaları ilə diqqət çəkiblər.   Sfera.az xəbər verir ki, onlar televiziya aparıcılarından gileyləniblər. ...

İran ABŞ-yə cavab hazırlayır

“İran nüvə probleminin həlli ilə bağlı amerikalı nümayəndələrin Oman vasitəsilə göndərdiyi təklifə cavab hazırlayır”.   Sfera.az İnterfak...

Ərdoğan Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanlayıb.    Sfer...

Dünyanın ən dar şəhəri: Eni bir neçə metrdir – VİDEO

Çinin Yunnan əyalətində yerləşən Yanjin şəhəri “dünyanın ən dar şəhəri” kimi tanınır. İki nəhəng dağın arasında yerləşən və yalnız bir neçə metr enə...

Dənizdə yeni güc: İngiltərə sualtı qayıların sayını artıracaq

İngiltərə hökuməti müdafiə sahəsində yeni addım ataraq, yalnız hücum silahları ilə təchiz olunacaq və nüvə enerjisi ilə işləyəcək 12 yeni sualtı qayığın hazırla...

Hicama həqiqətən faydalıdır? - Həkimdən AÇIQLAMA

İslam dinində tövsiyə edilən və sağlamlığa faydaları ilə tanınan hicama terapiyası alternativ müalicə üsulu kimi həm tibbi, həm də dini baxımdan əhəmiyyət daşıy...