Sumqayıtda xüsusi əməliyyat: 12 kilo narkotik tutulub

Sumqayıtda xüsusi əməliyyat: 12 kilo narkotik tutulub

Sumqayıtda narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.

DİN-dən Sfera.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan 3 nəfər zərərsizləşdirilib, qanunsuz dövriyyədən 12 kiloqrama yaxın narkotik çıxarılıb.

Sumqayıt ŞPİ Cinayət Axtarış Şöbəsi (CAŞ) və 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Saray bağlar massivində yaşayan əvvəllər məhkum olunmuş Qiyas Bayramov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 4 kiloqram 900 qram olan 76 ədəd çətənə kolu, mənzildən isə əlavə olaraq 5 kiloqram 800 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Elməddin Ağayev də saxlanılıb. Onun əlindəki bağlamaya baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkarlanıb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində isə əvvəllər məhkum olunmuş Aqşin Adıgözəlov da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 465 qram qurudulmuş marixuana götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPi-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İran ABŞ-yə cavab hazırlayır

“İran nüvə probleminin həlli ilə bağlı amerikalı nümayəndələrin Oman vasitəsilə göndərdiyi təklifə cavab hazırlayır”.   Sfera.az İnterfak...

Ərdoğan Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanlayıb.    Sfer...

Dünyanın ən dar şəhəri: Eni bir neçə metrdir – VİDEO

Çinin Yunnan əyalətində yerləşən Yanjin şəhəri “dünyanın ən dar şəhəri” kimi tanınır. İki nəhəng dağın arasında yerləşən və yalnız bir neçə metr enə...

Dənizdə yeni güc: İngiltərə sualtı qayıların sayını artıracaq

İngiltərə hökuməti müdafiə sahəsində yeni addım ataraq, yalnız hücum silahları ilə təchiz olunacaq və nüvə enerjisi ilə işləyəcək 12 yeni sualtı qayığın hazırla...

Hicama həqiqətən faydalıdır? - Həkimdən AÇIQLAMA

İslam dinində tövsiyə edilən və sağlamlığa faydaları ilə tanınan hicama terapiyası alternativ müalicə üsulu kimi həm tibbi, həm də dini baxımdan əhəmiyyət daşıy...

Rusiya milyarderlərinin sərvəti artıb - RƏQƏMLƏR

Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 22,547 milyard dollar artıb.   Sfera.az bu barədə “Bloomberg” agentliyinin dər...