Təyyarə qəzasında bacı-qardaşı ölmüşdü - Sevgilisini qətlə yetirdi

Kateqoriya məlum deyil
T
Qusarda meşədə meyit tapılıb.
Sfera.az APA-ya istinadla xəbər verir ki, sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində Bakı şəhər sakini 50 yaşlı Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunun ərazisində Əvəcuğ kənd sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Kamran Seyidov qısqanclıq zəminində tanışı S.Həsənovanı bıçaqla öldürüb.
Daha sonra meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.
K.Seyidov polis əməkdaşları tərəfindən tutulub.






