Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı

Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
T

Polis sentyabrın 23-də 48 cinayətin açılmasını təmin edib

Sfera.az xəbər verir ki, sentyabrın 23-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR