Arvad ərinin dostu ilə evin arxasında... - Göyçaydakı qətlin DƏHŞƏTLİ TƏFƏRRÜATLARI
Kriminal
21:41 / 19.06.2017
14686
Göyçay rayonunda amansızlıqla törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.
Sfera.az-ın xəbərinə görə, rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun 2 bıçaq, 3 balta xəsarəti ilə öldürüldüyü məlum olub.
Hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini, Göyçayın Müskürlü kəndində yaşayan Seymur Xanməmmədovla yanaşı mərhumun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı şübhəli şəxs qismində saxlanılıb.
Qətli törədən şəxsin Sadiq Musayevin dostu olduğu bildirilir.
Sadiq Musayevin yaxın qohumları Tərlan və Sərxan Qasımovlar bildiriblər ki, hadisə iyunun 14-də, "Son zəng” günü baş verib.
Məlumata görə, S.Xanməmmədov Sadiqin evinə tez-tez gəlirmiş: "Həmin gün həyətdə oturub yeyib-içiblər, aralarında söz-söhbət olub. Seymur bıçaq və balta ilə Sadiqi arvadının və 4 azyaşlı uşağının gözü qarşısında amansızlıqla qətlə yetirib”.
Bildirilib ki, Seymur dostunun həyat yoldaşı Arzu Musayeva ilə əlbir olaraq gecə saatlarında evin arxasında quyu qazaraq Sadiqin meyitini torpağa basdırıblar. Arzu Musayeva qayınanasına deyib ki, Sadiq fəhlə işləmək üçün evdən gedib, amma geri qayıtmayıb.
Deyilənə görə, Sadiqin anası və qohumları 3 gün onun yolunu gözləyib. Yaxınları həyətdə Sadiqin ayaqqabılarını tapıblar və bundan sonra onun harasa işləməyə getmədiyinə əmin olublar. Bundan sonra Göyçay rayon Polis Şöbəsinə onun itkin düşməsi barədə məlumat verilib.
Arzu Musayeva evə gələn polis əməkdaşlarına ərinin itkin düşdüyünü deyib, polis əməkdaşları həyətə baxış keçirəndə onun meyitinin torpağa basdırıldığı məlum olub:
"Məlum oldu ki, Arzu Musayeva ərinin dostu ilə əlbir olaraq onun meyitini basdırıb və ona görə də polisə, qohumlara həyat yoldaşının itkin düşməsi barədə yalan məlumat verib. Arzu Musayevanın faktı nəyə görə gizlətdiyini, polisə və bizə yalan məlumat verməsinin səbəbini hələ də başa düşə bilmirik”.
Hadisənin şahidi olan Sadiq Musayevin 11 yaşlı oğlu Ömər Musayev isə bildirib ki, atasının qatili Seymur onların evinə tez-tez gəlirmiş və həmişə gələndə yeyib-içdikdən sonra dava salırmış:
"Seymur atama araq və pivə alıb gətirirdi. O, atamı balta ilə ölürdü, kürəyinə bıçaqla vurdu, sonra meyitini apardı evin arxasına basdırmağa”.
Dörd uşaq anası olan Arzu Musayeva və qətli törədən Seymur Xanməmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. //Apa.Az