Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı

Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
Kateqoriya məlum deyil
T

Bakının Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlanıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 26 yaşlı V.Cəbrayılov saxlanılıb. Ondan ümumilikdə 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs narkotikləri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR