Logo

“Həm narkotiksiz qaldım, həm də azadlığımdan oldum”

“Həm narkotiksiz qaldım, həm də azadlığımdan oldum”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxtda narkotik gizlədən şəxs saxlanılıb.

Sfera.az ARB TV-yə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinə Bakı şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş Sergey Musayevdə külli miqdarda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs rayon ərazisində saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 7 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Sergey Musayev – Saxlanılan şəxs: "Narkotik vasitələri meşədən yığdım. Özüm istifadə edirəm. Fikirləşirdim ki, quruyandan sonra çəkərəm. Amma çəkə bilmədim. Polislər tərəfindən tutuldum. İndi həm narkotiksiz qaldım, həm də azadlığımdan oldum”.

Faktla bağlı Xəzər RPi-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR