Arvadını doğrayaraq itlərə yedizdirdi, özü polisə təslim oldu

Arvadını doğrayaraq itlərə yedizdirdi, özü polisə təslim oldu
Kateqoriya məlum deyil
T

Hindistanda 25 yaşlı Riya Talukdar Qosvaminin qatili müəyyən edilib.

Sfera.az xəbər verir ki, cinayətkar onun əri Ramanujan Qosvami olub.

Qadının qalıqları qonşuların mənzildən gələn cəsəd qoxusundan şikayət etməsindən sonra aşkar edilib. Polis qapını sındıraraq içəridə qan izləri, səpələnmiş əşyalar, spirtli içki şüşələri və soyuq silah tapıb. Həmçinin Riyanın başı və kəsilmiş barmaqları olan soyuducu da aşkar edilib.

Məlum olub ki, Riya əri tərəfindən parçalanıb. O, arvadını xəyanətdə şübhəli bilib, onu öldürüb və bədən hissələrini itlərə yedizdirib. Deyilənə görə, Ramanujan həmin vaxt narkotik vasitənin təsiri altında olub. Qısa müddət sonra kişinin özü polis bölməsinə gedib və günahını etiraf edib./unikal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR