"Metropark"a bomba "qoyan" şəxs yaxalanıb

Daxili İşlər Nazirliyi (DİN) "Metropark” ticarət mərkəzində "bomba qoyulması” ilə bağlı məlumat yayıb.

DİN-dən Sfera.az-a verilən məlumata görə, iyunun 11-də saat 14.42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metropark" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.

Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR