Azərbaycanlı biznesmenin diri-diri basdırılmasının təfərrüatları

Azərbaycanlı biznesmenin diri-diri basdırılmasının təfərrüatları
Moskvada 41 yaşlı azərbaycanlı biznesmen Hikmət Salayevin oğurlanmasını və Lüberetsk qəbiristanlığı yaxınlığında diri-diri basdırılmasını sifariş edən şəxs tutulub. Məlum olub ki, cinayətin təşkilatçısı azərbaycanlı Hafiz Novruzovdur. 

Bu barədə Sputnik Azərbaycan-a Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Hazırda cinayətin iştirakçıları axtarılır. Novruzova gəlincə, o, Salayevin biznes tərəfdaşı olub. Adamın oğurlanması aprelin 20-dən 21-nə keçən gecə baş verib. Quldurlar ticarət sahəsindəki iş adamı Salayevdən 30 milyon rubl istəyiblər. Oğurlanmış Salayevi qəbiristanlığın yaxınlığında qazdıqları xəndəkdə basdırıblar. Canilər Salayevin kiçik qardaşı İsmayılla əlaqə yaradaraq ondan 1,2 milyon rubl, BMW 535 markalı avtomobil tələb ediblər və bunun qarşılığında qardaşının yerini deyiblər.

Salayevi taparaq xəstəxanaya gətiriblər. Onun başında travma olub və qabırğaları qırılıb. Hazırda zərərçəkmiş evindədir və həyati təhlükəsi qalmayıb. Salayevin oğurlanması ilə bağlı cinayət işi açılıb.

Rusiya KİV-lərinin məlumatına görə, Salayev belə xoşagəlməz tarixə Novruzovdan borc pul alan yaxın qohumunun ucbatından düşüb. Novruzov pulu qaytarmağı tələb edəndə, borclu şəxs həmin məbləği Salayevdən almağı məsləhət bilib. Salayev isə o pulu verməkdən imtina edib. Novruzov pulun ona qaytarılmasını gözləməyib və borc verdiyi pulları geri almaq üçün radikal və qanunsuz metoda əl atmalı olub. O, bunun üçün Prokladka ləqəbi ilə məşhur olan kriminal avtoritetdən yardım istəyib. Avtoritet Salayevlə əlaqə saxlayaraq onu Novruzovun ofisində görüşə dəvət edib. Salayev ofisə gələndə, onu öz sözləri ilə desək, 50 nəfər silahlı şəxs qarşılayıb. Onlar bəyan ediblər ki, 1,5 milyon rubl borc artaraq 30 milyon olub. Salayev bu vəsaiti ödəməkdən imtina edib. Onda cinayətkar dəstə onu döyərək yolsuzluq avtomobilinin salonuna atıb və Moskva ətrafına aparıb. Yolüstü onu müşayiət edən dəstə Lüberetsk qəbristanlığının gözətçisindən bel alıb. Nekropol yaxınlığında xəndək olub. Salayevi ora tullayaraq üstünü torpaqlayıblar, başını isə çöldə qoyublar. Kommersant bu vəziyyətdə gecədən səhər saat 4-ə qədər qalıb. Bütün bu vaxt ərzində danışıqlar aparılıb. Qurbanın telefonu ilə quldurlar onun qardaşı İsmayıla zəng edərək ondan pul tələb ediblər.

OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...