Xaçmazda evə basqın edənlər tutulub

Xaçmazda evə basqın edənlər tutulub

Xaçmazda evə basqın edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayonun Hülövlü kənd sakini Məsumə Qasımovanın yaşadığı evə daxil olan naməlum şəxs onun boynuna bıçaq dirəyərək, pul və qızıl-zinət əşyaları tələb edib. Qadının səs-küy saldığını görən naməlum şəxs masanın üstündəki mobil telefonu götürərək qaçıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olandan dərhal sonra yaradılmış əməliyyat-istintaq qrupu hadisə yerində olub, zərərçəkmiş və onun qonşularının ifadəsini alıb.

Ev sahibəsinin istintaqa verdiyi ifadəsindən məlum olub ki, hadisəni törədən şəxs tanınmaması üçün ağzını ağ mələfə ilə bağlayıb və başına idman papağı keçirib.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Vüqar Sadıqov və Taleh Cavadov tutulublar. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İran ABŞ-yə cavab hazırlayır

“İran nüvə probleminin həlli ilə bağlı amerikalı nümayəndələrin Oman vasitəsilə göndərdiyi təklifə cavab hazırlayır”.   Sfera.az İnterfak...

Ərdoğan Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanlayıb.    Sfer...

Dünyanın ən dar şəhəri: Eni bir neçə metrdir – VİDEO

Çinin Yunnan əyalətində yerləşən Yanjin şəhəri “dünyanın ən dar şəhəri” kimi tanınır. İki nəhəng dağın arasında yerləşən və yalnız bir neçə metr enə...

Dənizdə yeni güc: İngiltərə sualtı qayıların sayını artıracaq

İngiltərə hökuməti müdafiə sahəsində yeni addım ataraq, yalnız hücum silahları ilə təchiz olunacaq və nüvə enerjisi ilə işləyəcək 12 yeni sualtı qayığın hazırla...

Hicama həqiqətən faydalıdır? - Həkimdən AÇIQLAMA

İslam dinində tövsiyə edilən və sağlamlığa faydaları ilə tanınan hicama terapiyası alternativ müalicə üsulu kimi həm tibbi, həm də dini baxımdan əhəmiyyət daşıy...

Rusiya milyarderlərinin sərvəti artıb - RƏQƏMLƏR

Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 22,547 milyard dollar artıb.   Sfera.az bu barədə “Bloomberg” agentliyinin dər...