Logo

DİN-dən Bakıdakı ağır qəza ilə bağlı - Məlumat

DİN-dən Bakıdakı ağır qəza ilə bağlı - Məlumat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi "VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi MAZ və Mehrab Musayevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R. Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR