Vəkil Natiq Yarəliyev həbs edilib

Vəkil Natiq Yarəliyev həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Yarəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Yarəliyevlə bağlı qərar elan olunub.

İndiyə kimi iclaslara gəlməyən N. Yarəliyev prosesə gətirilib. Məhkəmənin qərarı ilə ev dustaqlığında olan N.Yarəliyev həbs edilib.

Proses mayın 26-da davam etdiriləcək, həmin gün hökm oxunacaq.

Qeyd edək ki, prokuror onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, N.Yarəliyev vəkil kimi fəaliyyət göstərdiyini deyərək, təqsirləndirilən şəxsi Şəki Ağır Cinayətlər Məhkəməsində azadlığa buraxdıracağını deyib. O, təqsirləndirilən şəxsin yaxını Təranə İbrahimovanın etibarından sui-istifadə edərək, onlara qarşı 15 min ABŞ dolları məbləğində dələduzluq edib. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İki nəfərin güllələnərək öldürülməsinin TƏFƏRRÜATI - Oğlunun borcu var imiş

Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb....

Evdə tək qalan psixoloji problemli şəxs faciəli şəkildə ÖLDÜ

Balakəndə yanıq xəsarətləri alan 34 yaşlı kişi ölüb.   Sfera.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Balakən rayonu Xalatala kənd sakini Ramazan Məh...

Milli Məclisin iclası KEÇİRİLİR - Gündəlikdə 15 məsələ var

Milli Məclisin növbəti plenar iclası keçirilir.   Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 1...

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 18-i saat 10:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az xəbər veirr ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 10:00-a o...

Müharibə başlasa, Azərbaycan İsraili, yoxsa İranı dəstəkləyəcək? - AÇIQLAMA

Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. İsrailin Livan ərazisinə hücumları, həmçinin İranla gərginliyin artması müharibənin genişlənmə ehtimalını artır...

Noyabrda bu tarixlərdə iş OLMAYACAQ - RƏSMİ

İş və istirahət günlərinin yerləri dəyişdirilib.   Sfera.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.   İş və istirahət gün...