Sabiq nazirin hesabı oğurlandı - Elə bir şey etdilər ki...

Sabiq nazirin hesabı oğurlandı - Elə bir şey etdilər ki...
Kateqoriya məlum deyil
T

Almaniyada fırıldaqçılar Şlezviq-Holşteyn əyalətinin keçmiş maliyyə naziri Rayner Viqardın "Facebook" hesabını ələ keçiriblər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, kibercinayətkarlar profilin adını "Snow Highmountains" olaraq dəyişdirib, siyasətçinin fotolarını qadın şəkilləri ilə əvəz ediblər.

Daha sonra isə həmin hesabdan istifadə edərək insanlara mesajlar göndərməyə başlayıblar.

Məlumata görə, Viqardın dost siyahısında Şlezviq-Holşteyn əyalətinin Baş naziri Daniel Günter də daxil olmaqla tanınmış siyasətçilərin olması saxta hesabın daha etibarlı görünməsinə səbəb olub.

Fırıldaqçılar klassik "romantik dələduzluq" üsulundan istifadə ediblər. Belə ki, istifadəçilərə romantik məzmunlu mesajlar göndərilib, etibar qazandıqdan sonra isə guya təcili yaranmış problem bəhanəsi ilə onlardan pul istənilib.

Şlezviq-Holşteyn polisi bildirib ki, tanınmış şəxslərə və təşkilatlara məxsus sosial şəbəkə hesabları kibercinayətkarların əsas hədəflərindən biridir və istifadəçilər bu cür mesajlara qarşı ehtiyatlı olmalıdırlar.

Rayner Viqard isə uzun müddətdir "Facebook"dan istifadə etmədiyini, hesabının ələ keçirildiyini yalnız "Bild" qəzetinin sorğusundan sonra öyrəndiyini deyib. Keçmiş nazir hadisə ilə bağlı polisə müraciət edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ