Qusarda çətənə kolları yetişdirən şəxs saxlanılıb

Kateqoriya məlum deyil
T
Qusar rayonunda narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Sfera.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 47 yaşlı Qurban Ərzimanov saxlanılıb.
Araşdırmalar zamanı onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları, həmçinin marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Q. Ərzimanov barəsində həbs qətimkan tədbiri seçilib.
