İqbal Ağazadəyə və jurnalistə zərər vuran kiberdələduz saxlanıldı

İqbal Ağazadəyə və jurnalistə zərər vuran kiberdələduz saxlanıldı
Kateqoriya məlum deyil
T

Ümid Partiyasının sədri İqbal Ağazadənin Teleqram hesabını və jurnalist Ləman Ələşrəfqızının pullarını ələ keçirən kiberdələduz saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Ləman Ələşrəfqızı bildirib.

"Az əvvəl DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq.

Hələliksə, cənab nazir Vilayət Eyvazova, DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyevə və nazirliyin bu işdə əməyi keçən bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm", - jurnalist qeyd edib.

Xatırladaq ki, iyulun 1-də Ümid Partiyasının sədri İqbal Ağazadənin Teleqram hesabını ələ keçirən kiberdələduz, siyasətçinin adından istifadə edərək onun telefon kontaktında olan müxtəlif şəxslərə mesaj yazaraq pul istəyib.

Bu hadisə zamanı xeyli adam kiberfırıldaqçının toruna düşüb.

LAF TV internet televiziyasının rəhbəri Ləman Ələşrəfqızı da bu hadisədə zərərçəkənlərdən biridir. İqbal Ağazadənin adı ilə onunla əlaqə saxlanılıb və bu yolla aldadılaraq 600 manat pulu mənimsənilib.

PAYLAŞ