Logo

​Azərbaycanda polisi qətlə yetirib yandıran şəxsin cəzası artırıldı

​Azərbaycanda polisi qətlə yetirib yandıran şəxsin cəzası artırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Apellyasiya Məhkəməsində polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən

İbayev Ravil Nuruş oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayətləri üzrə

məhkəmə başa çatıb.

Sfera.az Report-a istinadən bildirir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən

prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki,

R.İbayevin cəza müddəti 1 il artırılaraq 20 ilə çatdırılıb. Bundan başqa, o, əvvəlki hökmlə

cəzasının 5 ilini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəkdisə, yeni qərarla bu

müddət 7 il olub.

Qeyd edək ki, 2015-ci ilin aprel ayının 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində

üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyidi aşkarlanıb. Xəzər Rayon

Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə

başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalar nəticəsində meyidin İmişli Rayon

Polis Şöbəsinin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.

Araşdırmalar zamanı o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı

mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən

tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin

meyidini Xəzər rayonu ərazisinə apararaq yandırıb. R.İbayev aprelin 18-də şübhəli

şəxs qismində tutularaq dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

O, CM-nin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli

üsulla adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə,

terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.2-ci (quldurluq, külli miqdarda

əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin

sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İbayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qərardan narazı qalan məhkum və zərərçəkmiş şəxslər apellyasiya şikayətləri ilə Bakı Apellyasiya

Məhkəməsinə müraciət edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR