Bakıda kişi yaşadığı binanın həyətində bıçaqlanıb

Bakıda kişi yaşadığı binanın həyətində bıçaqlanıb
Kateqoriya məlum deyil
T

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə UPD qəsəbəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Azər Hicran oğlu Nəzərov yaşadığı binanın həyətinə tanışı tərəfindən çağırılıb. Daha sonra onlar arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib.

Dava zamanı A.Nəzərov bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlərin müdaxiləsindən sonra o, cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 43 yaşlı S.Quliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

PAYLAŞ