İş adamlarını şantaj edərək pul alan şəxs tutuldu - VİDEO

İş adamlarını şantaj edərək pul alan şəxs tutuldu - VİDEO

Şirkət rəhbərlərinə hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanılıb.

Xezerxeber.az məlumat verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqirdici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bu tipli məlumatların təkrar yayılmaması üçün həmin şəxsin külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.

Dərhal məlumat əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan polis, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Abdullayev qeyd edilən cməmiyyətin əməkdaşından 3500 manat pul alan zaman saxlanılıb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...